main-post-cover

    Galaxy Note 8 maketinin ilk foto və videosu sızdırıldı

    Elm & Texnologiya
    22.05.2017
    Farid Pardashunas

    Galaxy Note 8 modelinin maketinin ilk fotoları Çinin WEBO adlı mikrobloq saytında sızdırıldı.

    Sızıdırılmış videoda isə Galaxy Note 8 maketi ilə Galaxy S7 modelinin müqayisəsi əks olunmuşdur. Maketin fotolarını incələdikdə görmək olar ki, “Samsung” şirkətinin yeni fableti olacaq Galaxy Note 8, şaquli vəziyyətdə ikili arxa kameraya və ikili diod işıqlandırma sisteminə bənzər funksiyaya sahib olacaq. Həmçinin fotolardan görmək olar ki, maketin arxa və ön hissəsində barmaq izi skanı yeri yoxdur. Bu isə o deməkdir ki, çox güman ki, şirkət sözügedən funksiyanı məhz ekranın alt hissəsinə yerləşdirib. Qeyd etmək lazımdır ki, keçən ay təqdim olunmuş Galaxy S8 modelində şirkət bu problemi vaxtında aradan qaldıra bilmədiyi üçün barmaq izi skanını smartfonun arxa panelindəki kameranın yanına yerləşdirmişdir. Güman olunur ki, Galaxy Note 8, 6.3 inç ekran, 8 nüvəli Snapdragon 835 prosessoru və 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy Note 8-in təqdimatının 1-6 Sentyabr tarixlərində Berlində keçiriləcək IFA 2017 tədbirində təqdim olunacağı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər