
Galaxy Note 9 512 GB daxili yaddaşa sahib olacaq, lakin siz onu ala bilməyəcəksiniz
Elm & Texnologiya
18.06.2018
Emil
Bir çox smartfon istehsalçıları
strateji biznes qərarlarından istifadə edərək müxtəlif bazarlar üçün öz müxtəlif
smartfon versiyalarını satışa çıxardırlar. Məsələn Galaxy S9-un bəzi rəngləri
yalnız Koreya və Çin bazarı üçün aktivdir. İki SIM kart girişinə sahib versiya
isə bəzi bazarlarda ümumiyyətlə satışa çıxmır. Çox zaman smartfonun daxili
yaddaş həcmi məsələsi də konkret region üçün aid edilir.
Görünür, bu məsələ Galaxy
Note 9-a da aid ediləcək. Belə ki, sonuncu sızdırılmış məlumatlara əsasən 512
GB daxili yaddaşa sahib olacaq Galaxy Note 9 modeli yalnız Cənubi Koreya və Çin
bazarlarında satışa çıxacaq. Məlumata əsasən Galaxy Note 9 6 GB RAM, 256 GB
daxili yaddaş və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Nəzərinizə
çatdıraq ki, Huawei şirkəti 512 GB daxili yaddaş həcminə sahib smartfon
modelini artıq satışa çıxardıb. Söhbət, Huawei Mate RS flaqman modelindən gedir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
