Galaxy Note 9 Geekbench testlərindən keçdi
Elm & Texnologiya
12.05.2018
Farid Pardashunas
Galaxy S9 və Galaxy S9 Plus modellərinin
təqdimatından sonra Samsung şirkəti öz yeni flaqman modeli olacaq Galaxy Note
9-un testinə başlayıb. Smartfon artıq Geekbench testindən keçib. Bir neçə testlərə
əsasən demək olar ki, SM-N960U modeli smartfonun ABŞ-da satışa çıxacaq
versiyasıdır. O, 1.7 GHz tezlikli Snapdragon 845 prosessoru və 6 GB RAM ilə təchiz
olunub. Həmçinin həmin model Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə
çalışır. Güman olunur ki, Galaxy Note 9 Avropada Exynos 9810 prosessoru və 8 GB
RAM ilə satışa çıxacaq. Bir nüvəli testdə Galaxy Note 9 2411 xal, çoxnüvəli
testdə isə 8712 xal toplayıb. Bu göstəricilər OnePlus 6-nın göstəriciləri ilə
demək olarki eynidir. Smartfonun Avqust ayında təqdim edilməsi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək