main-post-cover

    Galaxy Note 9-un ekranı dünyanın ən yaxşı smartfon ekranı seçilib

    Elm & Texnologiya
    14.08.2018
    Farid Pardashunas
        DisplayMate saytının mütəxəssisləri əmindirlər ki, smartfonun ən əsas hissəsi məhz onun ekranıdır. Buna görə də heç təəccüblü deyil ki, hal hazırda bazarda ən keyfiyyətli ekran adına məhz yeni təqdim olunmuş Galaxy Note 9 laiq görülüb. Daha öncə bu titula Galaxy Note 8 modeli də laiq görülmüşdü. Bununla belə DisplayMate saytının qiymətləndirməsi DxOMark saytının qiymətləndirməsi kimi adi bir hala çevrilib. Samsung və ya Apple şirkətinin hər bir yeni smartfon modeli OLED LCD ekranlar kateqoriyasında ən yüksək qiymətləndirməyə sahib olurlar.
        DisplayMate saytı hər dəfə qeyd edir ki, smartfon ekranında təsvirin yüksək keyfiyyətdə əks olunması və rəng çalarlarının istifadəçiyə daha yaxşı şəkildə təqdim olunması smartfonun texniki göstəricilərinin təkmilləşdirilməsindən daha vacibdir. Məlumata əsasən Galaxy Note 9-un ekran parlaqlığı Galaxy Note 8 modelindən 27% daha çoxdur. Mütəxəssislər həmçinin yeni smartfonun rəng çalarlarının yüksək keyfiyyətdə istifadəçiyə təqdim olunması barəsində inkişafı da qeyd edərək Galaxy Note 9-un ekranını vizual mükəmməllik adlandırıblar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər