main-post-cover

    Galaxy Note 9-un ilk fotosu yayılıb

    Elm & Texnologiya
    11.05.2018
    Farid Pardashunas
        Baxmayaraq ki, Galaxy Note 9-un təqdimatı Avqust ayında baş tutacaq, artıq indidən onun fotosu internetdə yayılıb. Bu barədə Ice Universe adlı blogger xəbər verib. Yayılmış fotodan da görmək olar ki, Galaxy Note 9 xarici görünüşcə Galaxy Note 8-dən heç də fərqlənmir. Təqdimata hazırlaşan smartfon modellərinin fotolarını öz Twitter hesabında paylaşan Ice Universe bu dəfə Galaxy Note 9-un fotosunu təqdim edib. O həmçinin bildirib ki, Galaxy Note 9-da ciddi dizayn dəyişikliyini gözləməyə ehtiyac yoxdur.

        Müxtəlif mənbələrin verdikləri məlumatlara əsasən Mart ayında satışa çıxmış Galaxy S9 modelinin satışları o qədər də qənaətbəxş deyil. Smartfona tələbat hətta Cənubi Koreyada da azdır. Bəzi analitiklərin fikrincə bunun səbəbi ondadır ki, smartfon 2017-ci ildə təqdim olunmuş modelə çox bənzəyir. Beləliklə yeni modeldə olan çox az sayda dəyişikliklər istifadəçiləri həmin modeli almağa motivasiya etmir. Bəlkə də Samsung şirkəti Galaxy Note 9-da əsas diqqəti texnologiya tərəfə ayıraraq ona yeni funksiyalar əlavə edib hansılar ki, yüksək gizliliklə saxlanılır. Hər halda bunun doğru olub-olmadığını Avqust ayında biləcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər