main-post-cover

    Galaxy Note 9-un yeni fotoları yayıldı

    Elm & Texnologiya
    03.07.2018
    Farid Pardashunas
        Yeni yayılmış fotolardan da görmək olar ki, Galaxy Note 9 kənar tərəfləri əyilmiş ekrana sahib olacaq. Ekranın yuxarı və aşağı hissələrində isə nazik çərçivələr olacaq. Bununla belə yeni modelin dizaynı keçən ilki modelin dizaynından demək olar ki, fərqlənmir. Galaxy Note 9-da nəzərə çarpan bir yenilik isə ondan ibarətdir ki, smartfonun barmaq izi skanı bu dəfə üfüqi şəkildə yerləşdirilmiş arxa kameranın aşağı hissəsindədir.

        Məlumata əsasən Galaxy Note 9 6.4 inç AMOLED ekran, Snapdragon 845 / Exynos 9810 prosessorları, 6 GB RAM, 128 GB daxili yaddaş və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq çox güman ki, smartfonun 8 GB RAM və 256/512 GB daxili yaddaşlı versiyası da olacaq. Güman olunur ki, Galaxy Note 9 yenilənmiş S Pen stilusuna sahib olacaq. Bir sıra məlumatlara əsasən yeni S Pen Bluetooth özəlliyi ilə təchiz olunacaq. Bu isə onunla daha qəliz əməliyyatları yerinə yetirməyə imkan verəcək. Nəzərinizə çatdıraq ki, smartfonun təqdimatı 9 Avqust tarixində baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər