main-post-cover

    `Galaxy Note Fan Edition` rəsmi olaraq təqdim edildi!

    Elm & Texnologiya
    03.07.2017
    Orxan Jafarli
     “Samsung”, maraqla gözlənilən yenilənmiş Galaxy Note Fan Edition adını verdiyi cihazı Koreyada rəsmi olaraq təqdim etdi.

    Ötən il baş verən batareya problemləri səbəbindən istehsalı dayandırılmış Galaxy Note 7 yenidən satışa çıxır. Samsung, uzun müddətdir Note 7 Fan Edition adıyla gündəmə gələn yenilənmiş Note 7-ni Koreyada rəsmi olaraq açıqladı.
    Galaxy Note Fan Edition, yaşanan batareya problemlərdən qaynaqlı olaraq 3500 mAh yerinə 3200 mAh batareya ilə təchiz edilib. Yeni batareya, Samsungun Galaxy S8-də olduğu kimi 8 xallıq batareya təhlükəsizliyi testindən keçib.

    Fan Edition da Bixby ilə birlikdə yeni S8 və S8 Plus ilə eyni proqramla gəlir. Telefonun geri qalan xüsusiyyətləri hər mənada Note 7 ilə eynidir. Samsung, Fan Edition-ın əslində Note 7 parçalarından hazırlandığnı etiraf etməkdən çəkinmir.
    “Samsung”, Fan Edition-ın 400.000 adədini Koreyada satmağı planlaşdırır. Digər bazarlardakı satışlara daha sonra başlanacaq. Lakin Note 8-i də satışa çıxaracağı üçün digər bazarlarda Note Fan Edition-ın satış ədədini az sayda saxlamaq istəyir.
    Galaxy Note Fan Edition-ın qiyməti 699.600 Won (611 dollar). 7 iyuldan etibarən Mavi Mercan, Qızıl Platin, Titan Gümüş və Qara Oniks rəng variantları ilə satışa çıxacaq. Samsung, Note Fan Edition ilə birlikdə hər rəngə uyğun bir də örtük hədiyyə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər