main-post-cover

    Galaxy S10 5G smartfonu 12 GB RAM və 1 TB daxili yaddaşa sahib ola bilər

    Elm & Texnologiya
    26.11.2018
    Farid Pardashunas
        Çinin IT Home aadlı saytı GF Securities şirkətinə istinadən Galaxy S10 seriyasının ən flaqman versiyası haqqında yeni məlumatları verib. Beləliklə mənbənin verdiyi məlumata əsasən Galaxy S10 5G modeli 12 GB RAM və 1 TB daxili yaddaş ilə təchiz oluna bilər. Qeyd etmək lazımdır ki, bu, ilk belə bir məlumat deyil. Belə ki, hələ keçən ay Çinin Weibo adlı sosial şəbəkəsində 12 GB RAM göstəricisinə sahib Galaxy S10 modellərindən biri haqqında məlumat yayılmışdı.
        Qeyd etmək lazımdır ki, əvvəlki məlumat sızıntılarına əsasən Galaxy S10 5G modeli Beyond X kod adına sahibdir. Məlumata əsasən sözügedən model 6.7 inç ekran, 4 arxa kamera və 2 ön kamera ilə təchiz oluna bilər. Güman edilir ki, smartfonun gövdəsi keramik materialdan hazırlanacaq. Galaxy S10 5G modelinin digər modellər ilə birlikdə gələn ilin Fevral ayında keçiriləcək MWC 2019 sərgisində təqdim ediləcəyi güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər