Galaxy S10 ekrana inteqrasiya olunmuş ultrasəsli barmaq izi skanına sahib ola bilər
Elm & Texnologiya
14.05.2018
Farid Pardashunas
İlk dəfə məlumata əsasən Galaxy
Note 9 smartfonu Samsung-un ekrana inteqrasiya olunmuş barmaq izi skanı
texnologiyasına sahib ilk cihazı olacaqdı. Lakin nədənsə bu baş vermədi və buna
görə də Galaxy Note 9 standart olaraq arxa panel tərəfdən barmaq izi skanı
texnologiyasına sahib oldu. Daha sonradan məlum oldu ki, şirkət hələki bu
texnologiyanı istifadə etməyə hazır deyil. Hər halda keçən il bu belə idi.
İndi
isə ümidlər gələn il təqdim olunacaq Galaxy S10 smartfonunadır. Belə ki,
yubiley model olacaq həmin cihaza qeyri-adi özəllik lazımdır ki, o, yubileyi
lazımi şəkildə qeyd etsin. Bu cür özəllik əyilə bilən ekran da ola bilər,
ekrana inteqrasiya olunmuş barmaq izi skanı da ola bilər. Koreyadan olan yeni
hesabatlara əsasən bu cür texnologiyanın dəqiqliyi və uzunömürlülüyü üçün
Samsung şirkəti özünün ekrana inteqrasiya olunmuş ultrasəsli barmaq izi skanı
texnologiyasını hazırlayır.
Bu cür texnologiyanın hazırlanması daha baha başa gəlir
və kütləvi istehsalat üçün bir qədər qəlizdir. Lakin uzunmüddətli perspektivdə
sözügedən texnologiyaya nəinki smartfonlarda həmdə avtomobillərdə və IoT
(Internet of Things) sahəsində tələbat artacaq. Məlumata əsasən Samsung-un
ekrana inteqrasiya olunmuş ultrasəsli barmaq izi skanı texnologiyası artıq
hazırdır. Lakin onun dəqiqliyi Galaxy S10-nun çıxışına kimi təkmilləşdirilməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ