main-post-cover

    Galaxy S10 Lite barəsində yeni məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    03.11.2019
    Emil Nəcəfov
        Əvvəlcədən də xəbər verdiyimiz kimi Samsung şirkəti Galaxy S10 Lite smartfon modeli üzərində çalşır. İndi isə bu smartfonun vacib özəlliyi barəsində məlumat Braziliyanın ANATEL adlı nizamlayıcı orqanının məlumatlar bazasında ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə SM-G770F model nömrəsinə sahib Galaxy S10 Lite modeli 4370 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı məlumatda həmçinin Dual SIM dəstəkli modelin də olacağı təsdiqlənib.
        Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, smartfon 45 vatt gücündə olan sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. 45 vatt gücündə olan sürətli şarj texnologiyasının Galaxy S10 Lite-da olub-olmayacağı hələki bilinmir. Adi Galaxy S10 modeli 3400 mAh, Galaxy S10+ modeli 4100 mAh, Galaxy S10+ 5G modeli isə 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunur.
        Gözləntilərə əsasən Galaxy S10 Lite modeli Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekran, Snapdragon 855 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 48 MP + 12 MP + 5 MP üçlü arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Galaxy S10 Lite modelinin yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala