main-post-cover

    Galaxy S10 Lite'dan iki dəfə güclü: Galaxy S10 Plus smartfonu Geekbench testindən keçdi

    Elm & Texnologiya
    16.01.2019
    Farid Pardashunas
        Samsung şirkətinin yeni Galaxy S seriyasının təqdimatının yaxınlaşması ilə internetdə sözügedən seriyanın smartfon modelləri barəsində daha çox məlumat ortaya çıxır. Yeni seriyanın Galaxy S10 Plus modeli bu dəfə Geekbench bençmark saytında ortaya çıxdı. Bu barədə Gizmochina saytı xəbər verib. Geekbench testləri zamanı Galaxy S10 Plus modeli özünün diqqətəlayiq nəticələrini və özəlliklərini sərgiləyib. Geekbench testində Snapdraagon 855 prosessoruna və 6 GB RAM-a sahib Galaxy S10 Plus modeli iştirak edib.

        Beləliklə smartfon birnüvəli testdə 3413 xal, çoxnüvəli testdə isə 10256 xal toplyaıb. Bu göstəricilər Galaxy S10 Lite modelinin göstəricilərindən iki dəfə böyükdür. Qeyd etmək lazımdır ki, məlumata əsasən Galaxy S10 Plus modeli 6.4 düym AMOLED ekran, ikili ön kamera, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, üçlü arxa kamera, 4000 mAh enerji tutumlu batareya, 12 GB-a kimi RAM və 512 GB-a kimi daxili yaddaş həcmi ilə təchiz ediləcək. Yeni Galaxy S10 seriyasının təqdimatı 20 fevral tarixində San Fransiskoda baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər