Galaxy S10 Lite smartfon modelinin dizaynı sızdırıldı
Elm & Texnologiya
04.11.2019
Farid Pardashunas
İnternetdə Samsung şirkətinin büdcəli Galaxy S10 smartfon modeli üzərində çalışması barəsində artıq çoxlu sayda məlumat ortaya çıxıb. Lakin indiyənə kimi həmin smartfon barəsində tam dəqiq bir məlumat yox idi. İndi isə bu vəziyyət dəyişib. Belə ki, yeni məlumat sızıntısı Galaxy S10 Lite smartfon modelinin dizaynını ortaya çıxardıb. Bu barədə Mspoweruser.com saytı xəbər verib.
Samsung-un yeni patentinə əsasən güman olunan SM-G770F model nömrəsinə sahib smartfon arxa paneldən iki kamera modulu ilə təchiz olunacaq. Çox güman ki, smartfon Full HD+ keyfiyyətli 6.7 düym ekrana və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissəyə sahib olacaq. Galaxy S10 Lite modeli həmçinin Snapdragon 855 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi və 4370 mAh enerji tutumlu batareya ilə təchiz oluna bilər. Smartfonun nə zaman təqdim olunacağı barəsində hələ də bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək