main-post-cover

    Galaxy S10 modellərinin qiymətləri və bəzi texniki məlumatları ortaya çıxdı

    Elm & Texnologiya
    26.09.2018
    Farid Pardashunas
        Slashgear adlı mənbə Galaxy S10 flaqman modelləri barəsində bəzi məlumatları və qiymətləri barəsində məlumatları paylaşıb. Mənbənin verdiyi məlumata əsasən Galaxy S10 3 variantda satışa çıxacaq: Baza model, Retro versiya və Premium versiya. Galaxy S10-nun standart modeli kənarları əyilmiş 5.8 inç ekran, 5G modul, kənar tərəfdən barmaq izi skanı və ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Standart modelin qiyməti 1000$ təşkil edəcək. Galaxy S10R (Retro) 4G modul, standart versiyadakı ekran və kənar tərəfdən barmaq izi skanı ilə təchiz olunacaq. Retro versiyanın qiyməti 750$ təşkil edəcək. Galaxy S10-nun Premium versiyası isə 6.4 inç ekranla təchiz olunacaq və 1100$ qiymətinə satılacaq. Premium versiya da həmçinin 5G texnologiyasına sahib olacaq. Çox güman ki, Galaxy S10-nun hər 3 versiyası gələn ilin əvvəlində MWC 2019 sərgisində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər