main-post-cover

    Galaxy S10-nun dizaynını sərgiləyən video təqdim edildi

    Elm & Texnologiya
    05.02.2019
    Farid Pardashunas
        Samsung şirkətinin Galaxy S10 seriyasının təqdimatından öncə sözügedən seriyanın smartfon modelləri barəsində bir çox məlumat sızıntıları olmuşdu. İndi isə bu məlumat sızıntılarına videobloqqer Marques Brownlee-nin videosu daxil olub. Belə ki, amerikalı videobloqqer sözügedən yeni smartfon seriyasının smartfonlarının iştirakı ilə olmuş videonu təqdim edib. Videonun müəllifi əsasən Galaxy S10 ilə keçən ilki Galaxy S9 arasında müqayisə aparıb və yeni smartfon seriyasında olan bəzi dizayn dəyişikliklərinə fikir verib.
        Videobloqqerin əlinə sözügedən smartfonun həqiqi maketləri düşüb. Bu cür maketlər aksessuar və keys istehsalçıları tərəfindən istifadə edilir. Bu cür maketlər real cihazlardan demək olar ki, fərqlənmirlər və təqdimata hazırlaşan cihazın dizaynı barədə dəqiq təsvir yaradırlar. Beləliklə Galaxy S10-nu keçən ilki modeldən fərqləndirən əsas özəllik onun gövdəsinin formasıdır. Belə ki, Galaxy S9-dan fərqli olaraq Galaxy S10 modeli dairəvi künclərdən məhrum olub və həmin künclər indi daha çox düzbucaqlı dördbucaq formasındadırlar. Videobloqqer qeyd edib ki, adi Galaxy S10 ilə S10 Plus modellərinin dizaynları daha çox Galaxy Note seryasının dizaynlarını xatırladır.

        Cihazların gövdələrinin qalın olmalarına baxmayaraq onlar özlərində 3.5 mm-lik audiogirişi qoruyub saxlayıblar. Həmin giriş smartfonların aşağı hissəsində yerləşir. Həmçinin smartfonların ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib olacaqları da təsdiqlənib. Belə ki, onların arxa panellərində bu texnologiya yoxdur. Yeni flaqman seriyasının büdcəli versiyası olacaq Galaxy S10 Lite (bəzi məlumat sızıntılarında Galaxy S10E) modelinin isə final dizaynı hələki sual altındadır. Qeyd etmək lazımdır ki, Samsung şirkəti yeni Galaxy S10 seriyasını 20 fevral tarixində San Fransiskoda təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər