main-post-cover

    Galaxy S10 Plus Android smartfonlar arasında yeni bençmark rekorduna imza atdı

    Elm & Texnologiya
    27.11.2018
    Farid Pardashunas
        Samsung-un yeni Galaxy S seriyasının təqdimatı gələn ilin fevral ayında keçiriləcək MWC 2019 sərgisində baş tutacaq. Lakin şirkət artıq yeni smartfon modelinin test versiyalarını bençmark saytlarında test edir. Belə ki, məşhur AnTuTu bençmark saytının tərtibatçıları məlumatlar bazasında SM-G975F model nömrəli smartfon modeli aşkar ediblər. Məlumatlara inansaq söhbət, 6.4 inç ekrana sahib Galaxy S10 Plus modelindən gedir. O həmçinin Beyond 2 kod adı ilə də yayılıb.

        Şirkət sözügedən modelin bençmark testini Exynos 9820 prosessoru ilə aparıb. Yəni testdə iştirak etmiş smartfon məhz bu prosessora sahib olub. Bençmark saytında testdən keçirilmiş smartfon modeli həmçinin 2280x1080 piksel keyfiyyətli ekran, 6 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz olunub. Smartfon Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. AnTuTu testində Galaxy S10 Plus modeli 325.076 xal toplayıb. Bu, hal hazırki Android smartfonlar arasında yeni rekorddur. Smartfon bu göstərici ilə hətta Huawei Mate 20 modelini (312.000 xal) də geridə qoyur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər