main-post-cover

    Galaxy S10 Plus smartfonunun əks olunduğu video ortaya çıxıb

    Elm & Texnologiya
    14.02.2019
    Emil Nəcəfov
        İngiltərənin aksessuar satışı üzrə Mobile Fun adlı internet mağazası öz YouTube kanalında Galaxy S10 Plus smartfonunun əks olunduğu 1 dəqiqəlik videonu paylaşıb. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim olunmuş video sözügedən smartfon barəsində daha öncə ortaya çıxmış məlumatları təsdiqləyib. Beləliklə Galaxy S10 Plus smartfonu kənarları əyilmiş genişformatlı ekran və ekrana inteqrasiya edilmiş ikili ön kamera ilə təchiz olunacaq.
        Ön kamera smartfon ekranının alt hissəsinə inteqrasiya ediləcək və yuxarı sağ hissədə yerləşəcək. Maraqlısı ondadır ki, təqdim edilmiş videodakı Galaxy S10 Plus modelinin ekranı qoruyucu şüşə ilə örtülüb və həmin qoruyucu şüşənin üzərində çıxıntı hissə yerləşir. Çıxıntı hissə smartfonun optik skan texnologiyası hissəsində yerləşir. Görünür, həmin identifikasiya texnologiyası tam şüşə ilə örtüldükdə çalışa bilmir.

        Qeyd etmək lazımdır ki, Galaxy S10 Plus modeli QHD+ keyfiyyətli 6.4 düym Super AMOLED ekran, Snapdragon 855/Exynos 9810 prosessoru (satışa çıxacağı bazardan asılı olaraq), 6/8 GB RAM, 256/512 GB daxili yaddaş həcmi və 16 MP + 16 MP + 13 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy S10 seriyasının təqdimatı 20 fevral tarixində San Fransiskoda baş tutacaq. Təqdimatda həmçinin Galaxy Watch Active smart saatı və Galaxy Buds adlı naqilsiz qulaqlıq modeli də təqdim ediləcək.
    Linki kopyala