main-post-cover

    Galaxy S10 smartfonu Samsung Blockchain KeyStore kriptovalyuta portmanatı əldə edə bilər

    Elm & Texnologiya
    24.01.2019
    Farid Pardashunas
        20 fevral tarixində San Fransiskoda Samsung şirkəti yeni Galaxy S10 flaqman smartfon seriyasını təqdim edəcək. Smartfon barəsində artıq bir çox məlumatlar sızdırılıb. Onların arasında smartfon seriyasının dizaynları, texniki göstəriciləri və hətta qiymətləri də var. Lakin buna baxmayaraq yeni flaqman seriyası barəsində məlumatlar çıxmağa davam edir. Bu dəfə @GregiPfister89 adlı Twitter istifadəçisi Galaxy S10-nun real fotolarını təqdim edib.

        Fotolardan da görmək olar ki, Samsung şirkəti HTC ExodusSirin Labs şirkətinin Finney adlı smartfon modellərinə rəqib hazırlamaq niyyətindədir. Belə ki, fotolarda əks olunmuş Galaxy S10 modelinin ekranında işlək vəziyyətdə olan Samsung Blockchain KeyStore tətbiqini görmək olar. Məlumata əsasən bu, kriptovalyutalar üçün nəzərdə tutulmuş elektron portmanatdır. Hələki mümkün olan kriptovalyutalardan Ethereum-u seçmək olar. Lakin çox güman ki, təqdimat tarixinə kimi bir çox kriptovalyutaların dəstəyi də əlavə olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər