Galaxy S10 üçün hazırlanan çipset Apple A12 çipseti ilə eyni gücdə olacaq

13.06.2018 0 PAYLAŞIM 804 OXUNMA

Exynos 9820 çipseti ilə bağlı ilk məlumatlar ortaya çıxdı. Samsung Galaxy S10 modelində olması gözlənilən və 7 nm ölçüsündə hazırlanan bu çipsetin əvvəlki nəsillərə görə daha güclü olması və daha az güc tələb etməsi gözlənilir. Mongoose 4 nüvəsindən istifadə edən Exynos 9820, FinFET texnologiyası ilə hazırlanır. 

Mongoose 4 nüvəsi istifadə edən Exynos 9820 çipseti Cortex A76 nüvələrinin 3.30 Ghz tezliyindən daha yüksək dəyərlərə çatacaq.    

GeekbenchBenchmark testlərinə görə isə telefon 13.000 xal toplayıb. İce Universe iddia edir ki, bu xal Apple A12 çipsetinə bərabərdir. Qeyd edək ki, A12 çipseti də 7 nm olaraq hazırlanır, lakin əvvəlki A11 Bionic'ə görə 23% daha çox enerji istifadə edir. Apple bu çipsetləri TSMC şirkəti vasitəsilə istehsal edir. Galaxy S10 modeli isə Samsung'un 10-cu ilinə xüsusi olaraq Yanvar ayında CES 2019 konfransında təqdim ediləcək. Bir digər gözlənilən model olan Galaxy X isə Fevral ayında MWC 2019-da tanıdılması gözlənilir. Deyilənlərə görə Samsung hər 2 model ilə mobil bazarda səs gətirəcək.