main-post-cover

    Galaxy S11 108 MP-lik kameradan əlavə yüksək göstəricili teleobyektiv də əldə edəcək

    Elm & Texnologiya
    20.12.2019
    Farid Pardashunas
        İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Samsung şirkətinin gələn ilki Galaxy S11 smartfon modeli 108 MP-lik kamera ilə təchiz olunacaq. Lakin indi məlum olub ki, smartfon təkcə bu qədər yüksək göstəricili kamera modulu ilə yetinməyəcək. Belə ki, Ice Universe ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən 108 MP-lik əsas kameradan əlavə olaraq Galaxy S11, S11+S11e modelləri həmçinin 48 MP-lik teleobyektiv də əldə edəcəklər. Əgər bu həqiqətən də belə olsa deməli Galaxy S11 smartfonları bazarda ən yüksək göstəricili teleobyektivə sahib olacaqlar.
        Müqayisə üçün qeyd emtək lazımdır ki, Huawei P30 Pro smartfonu 8 MP-lik teleobyektiv, iPhone 11 Pro smartfonu isə 12 MP-lik teleobyektiv ilə təchiz olunub. Galaxy S11-in sahib olacağı genişbucaqlı kamera modulu barəsində hələ heç bir məlumat yoxdur. Lakin ehtimal olunur ki, smartfon Galaxy S10, Galaxy Note 10Galaxy Fold modellərindəki kimi 16 MP-lik genişbucaqlı kamera modulu əldə edəcək. Galaxy S11 smartfon seriyası gələn ilin fevral ayında təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər