main-post-cover

    Galaxy S11-in kameraları barəsində məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    26.09.2019
    Farid Pardashunas
        Samsung Galaxy S11-in təqdimatına hələ bir xeyli vaxt var. Lakin artıq indidən sözügedən smartfon barəsində bəzi məlumatlar ortaya çıxmağa başlayıb. Koreyanın TheElec saytı öz mənbələrinə istinadən smartfonun kameraları barəsində məlumat verib. Verilmiş məlumata əsasən smartfonun kamerası Huawei P30 Pro-dakı kimi 5 qat optik zoom özəlliyini əldə edəcək.
        Söhbət, şirkətin bu ilin may ayında təqdim etmiş olduğu kamera modulundan gedir. Onun qalınlığı isə sadəcə 5 mm-dir. Bununla yanaşı məlumatda qeyd edilib ki, Galaxy S11 həmçinin Samsung şirkətinin istehsalı olan 108 MP-lik ISOCELL Bright HMX kamerasını da əldə edəcək. Həmin kamera modulu 12032x9024 piksel keyfiyyətli fotoların çəkilməsini mümkün edir. Qeyd etmək lazımdır ki, 108 MP-lik kamera modulunu ilk olaraq Xiaomi Mi Mix Alpha smartfonu əldə edib. Galaxy S11 modeli Picasso kod adına sahibdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər