main-post-cover

    Galaxy S20, S20 Plus və S20 Ultra smartfonlarının texniki göstəriciləri təqdim olundu

    Elm & Texnologiya
    20.01.2020
    Emil Nəcəfov
        Təqdimata az müddət qalmış məşhur hindistanlı insayder Ishan AgarwalGalaxy S20, S20 PlusS20 Ultra smartfon modellərinin texniki göstəricilərini təqdim etdi. Bu barədə Gagadget saytı xəbər verib. Əvvəlcədən də güman edildiyi kimi hər 3 smartfon 5G şəbəkə dəstəyini, IP68 standartı üzrə sudan qorunma özəlliyini, 120 Hz-lik Super AMOLED ekranları, Exynos 990 / Snapdragon 865 prosessorlarını əldə edəcəklər. Galaxy S20 Ultra modeli isə digər modellərdən 5000 mAh enerji tutumlu batareya həcmi, biri 108 MP olmaqla 5 arxa kamera modulu və 40 MP-lik ön kamera ilə fərqlənəcək. Smartfonlar One UI 2.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaqlar.
    Linki kopyala