Galaxy S23 üçün planlaşdırılmış Exynos 2300 prosessoru Snapdragon 8 Gen 2 səviyyəsində imiş

Galaxy S23 üçün planlaşdırılmış Exynos 2300 prosessoru Snapdragon 8 Gen 2 səviyyəsində imiş

Texnologiya
01.09.2023 PAYLAŞIM

    Samsung şirkəti bu ilin əvvəlində Galaxy S23 smartfon seriyasını təqdim etməmişdən öncə rəsmi şəkildə təsdiqləmişdi ki, Galaxy S23 smartfonları bütün regionlarda Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaqlar. Nəticədə belə də oldu. Beləliklə şirkət Galaxy S23 smartfonlarında Exynos 2300 prosessorunun istifadəsindən imtina etdi. Lakin verilmiş yeni məlumata əsasən Exynos 2300 prosessoru performans baxımından faktiki olaraq Snapdragon 8 Gen 2 prosessorunun sahib olduğu səviyyəyə yaxın imiş. İnsayderlərin yeni məlumatlarına əsasən Samsung Exynos 2300-ı prosessorun istehsalından öncə ləğv edib.

    Bununla belə Exynos 2300-ın Snapdragon 8 Gen 2 ilə rəqabət apara biləcəyini bildiyi halda Samsung-un hansı səbəbə görə onu ləğv etməsi aydın deyil. Ola bilsin ki, əsas problem prosessorun enerji effektivliyində olub. Qeyd etmək lazımdır ki, gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 smartfon seriyasına Exynos prosessorunun geri qayıdacağı barəsində məlumatlar son zamanlarda daha çox ortaya çıxır. Söhbət, Exynos 2400-dan gedir. Son məlumatlara əsasən sözügedən prosessor Galaxy S24 ilə Galaxy S24 Plus-da istifadə ediləcək. Galaxy S24 Ultra-nın isə Snapdragon 8 Gen 3 prosessoru ilə təchiz olunacağı gözlənilir.




DAHA ÇOX


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..

×