
Galaxy S6 az qalsın beşikdəki körpənin yanaraq ölməsinə səbəb olacaqdı!
Elm & Texnologiya
07.05.2017
Farid
Bir anda alov alan Galaxy S6, az qalsın bir faciəyə səbəb olacaqdı.
Ağıllı telefonların bitmək-tükənmək bilməyən alov almaq, yanmaq, partlamaq xəbərlərinə
daima yeniləri əlavə edilməyə davam edir. Bu dəfə yaşanan hadisə isə az qalsın
bir faciəyə səbəb olurdu.
39 yaşındakı Victoria Leeds, körpəsinin yatdığı beşiyin
yanında Galaxy S6 telefonunu şarja taxıb. Həmin vaxt beşikdə yatan körpəni
alaraq öz yatağına aparak Leeds, tam otaqdan çıxdığı ərəfədə isə kiçik bir
partlayış səsi eşidib.
Cəld otağa girən Leeds, "fişəng partlayışı kimi” olaraq bəhs
etdiyi mənzərə ilə qarşılaşıb. Leeds, telefonundan beşiyə doğru bir alovun
çıxdığını və saga-sola qığılcımlar saçdığını görüb. Əgər Leeds, uşağını bir neçə
saniyə əvvəl beşiyindən almamış olsaydı çox gümanki qorxunc bir hadisə yaşana
bilərdi.
Hadisə ilə bağlı açıqlamalar verən Samsung isə Galaxy S6
ailəsinin hər zaman arxasında olduqlarını və bugünə qədər belə bir hadisənin
yaşanmadığını deyiblər. Yenə də Samsung, Leeds-in telefonuna hadisənin səbəbini
öyrənmək üçün incələnmə tələbi irəli sürdüyünü bildirib. Hər nə qədər
Samsung-un "partladan” cihazı Note 7 olsa da S6-nın da daxil olduğu bir neçə
hadisə mövcuddur. Təbii ki Note 7 tərzində böyük ölçülü bir vəziyyət olacağını
sanmırıq.
Paylaş
Bənzər xəbərlər