
Galaxy S7\'nin təqdimat videosu sızdırıldı, kabelsiz batareya doldurma və su keçirməməzlik göründü!
Elm & Texnologiya
07.05.2017
Farid
Samsung'un yeni admiral gəmisi Galaxy S7'nin rəsmən tanıdılmasına artıq bir həftədən də az bir müddət qalıb. Qısa bir müddət əvvəl qiyməti və sahib olduğu divar kağızları gün üzünə çıxan Galaxy S7'nin artıq az qala bütün detallarını bilirik. Ancaq yenə də cihazlarla əlaqədar sızıntılar son günlərdə də gəlməyə davam edir. Ötən gün də iki fərqli versiyası önlü arxalı görünən Galaxy S7'nin bu gün təqdimat videosu sızdırıldı.
Samsungun İndoneziya qolu tərəfindən yayımlanan video, planlanandan 1 həftə əvvəl yayımlanmış kimi görünür. #TheNextGalaxy etiketi ilə yayımlanan videoda İndoneziyalı oxatan Dellie Threesyadinda görünür.
Galaxy S6 və S6 edge ilə bənzər dizayna sahib olan yeni Galaxy S7'nin videoda kabelsiz batareya doldurma və su keçirməməzlik xüsusiyyətlərini də görə bilirik.
Paylaş
Bənzər xəbərlər