
Galaxy S8 haqqında yeni məlumatlar
Elm & Texnologiya
07.05.2017
Farid
"Samsung” şirkətinin vitse-prezidenti Lee Kyeong-Tae Galaxy S8 haqqında bir sıra məlumat verib.
Onun sözlərinə əsasən Galaxy S8, seriyanın ən qeyri-adi
dizaynına sahib olacaq və onun ekranı ön panelin bütün hissəsini əhatə edəcək.
Həmçinin yeni smartfon təkmilləşdirilmiş kameraya və yeni nəsil səsli köməkçiyə
sahib olacaq. Vitse-prezidentin bu sözlərinə inanmaq olar. Texniki tərəfdən heç
bir şübhə olmasa da virtual köməkçi baxımından həmin şübhələr var. Lakin nəzərə
alsaq ki, məhz bu sahədə inkişaf etmək üçün şirkət bir neçə müddət bundan öncə Siri yaradıcısı "Viv Labs”ı almışdır, smartfon üçün süni zəkanın yaradılması
real görünür. Hər-halda "Samsung” bunu etməyə cəhd göstərəcək. Alınıb
alınmayacağını isə zamanla biləcəyik. Bundan əlavə olaraq Lee Kyeong-Tae onu da
qeyd edib ki, Galaxy S8 maksimal şəkildə yaxşılaşdırılmış keyfiyyət nəzarəti ilə
istehsal olunacaq. Buna görədə smartfonu Note 7 aqibəti gözləməyəcək. Bu baxımdan
da heç bir şübhə yoxdur. Belə ki, şirkət bir daha milyard dollarlarla gəlirin
itirilməməsi üçün əlindən gələni edəcək.
Paylaş
Bənzər xəbərlər