main-post-cover

    Galaxy S8-i isti yağın içində qızartdılar (VİDEO)

    Elm & Texnologiya
    24.06.2017
    Farid Pardashunas

    Müxtəlif videobloggerlər, smartfonların dözümlüklərini yoxlamaq üçün yeni üsullar axtarmaq da davam edirlər.

    Bu dəfə Tennet’s Lager adlı YouTube kanalının videobloggerləri, Samsung Galaxy S8 smartfonunu sözün əsl mənasında isti yağın içində qızardıblar. İlk öncə təcrübəçilər sözügedən smartfonu xüsusi mayenin içinə daxil ediblər. Bu maye əsasən fast food məkanlarda toyuqların qızardılmasında istifadə olunur. Daha sonra onlar 200 dərəcə temperaturlu isti yağa smartfonu atıb 1 dəqiqə gözləyiblər. Qeyd etmək lazımdır ki, Galaxy S8, IP68 standartına uyğun sudan və tozdan qorunsa da, o bu cür ciddi təcrübə üçün nəzərdə tutulmayıb. Spoiler vermək istəmədiyimiz üçün smartfonun aqibətinin necə olduğunu bilmək istəyirsinizsə aşağıdakı videoya baxın.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər