Galaxy S8-in daha dözümlü versiyası Galaxy S8 Active təqdim olundu
Elm & Texnologiya
08.08.2017
Emil
“Samsung” şirkəti,
rəsmi olaraq Galaxy S8-in daha dözümlü versiyası olan Galaxy S8 Active modelini
təqdim etdi.
Bu versiya, aktiv həyat tərzi sürən insanlar üçün nəzərdə
tutulub. Onun korpusu metal çərçivələrdən ibarətdir və o çox dözümlüdür. Beləliklə
smartfon, 1.5 metr hündürlükdən düz səthə düşən zaman ona heç bir zərər dəymir.
Sudan və tozdan qorunma özəlliyi isə IP68 standartı üzrə qurulub. Bu isə o deməkdir
ki, smartfonun daxili hissəsinə toz dənəciyi belə daxil ola bilməz və o, suyun
altından belə çalışa bilər. Bundan əlavə olaraq 5.8 inç-lik Super AMOLED ekran,
əlavə olaraq Corning Gorilla Glass 5 şüşəsi ilə qorunur. Ümumilikdə isə Galaxy S8
Active modelinin dözümlülüyü, MIL-STD-810G hərbi standartına uyğun gəlir.
Smartfonun daha dözümlü versiyasının ən böyük özəlliyi, onun batareya həcminin
böyüməsində oldu. Belə ki, Galaxy S8 Active modeli, 4000 mAh enerji tutumlu
batareya ilə təchiz olunub. Digər göstəricilərinə görə isə o, adi Galaxy S8 ilə
eynidir.