
Galaxy S8-in daha sadələşdirilmiş versiyası: Galaxy S Light Luxury təqdim olundu
Elm & Texnologiya
21.05.2018
Emil
Çində Samsung Galaxy S Light
Luxury adlı yeni smartfonunun təqdimatı baş tutub. Qeyd etmək lazımdır ki, əvvəlcədən
düşünülürdü ki, sözügedən model Galaxy S8 Lite adlanacaq. Lakin nəticədə Samsung şirkəti bu addan imtina etdi. Galaxy S Light
Luxury keçən ilki Galaxy S8-in dizaynını, bir çox özəlliklərini özündə birləşdirsə
də ondan bir neçə dəfə ucuzdur. Xarici görünüşcə yeni model tamamilə Galaxy S8-ə
bənzəyir.

O, 18.5:9
nisbətli 5.8 inç Full HD+ ekran, Snapdragon 660 prosessoru, 4 GB RAM, 64 GB
daxili yaddaş, 16 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 3000 mAh enerji
tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin IP68 standartlı sudan və
tozdan qorunma özəlliyini, Bixby səsli köməkçisinin işə salınması üçün ayrıca
düyməni, 4G LTE şəbəkəsi dəstəyini, istifadəçi gözünün skanı texnologiyasını və
naqilsiz şarj texnologiyasını özündə birləşdirir. Yeni Galaxy S Light Luxury
625$ qiymətinə
satılacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
