
Galaxy S8-in yeni fotosu və bütün məlumatları paylaşıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Məşhur insayder Evan Blass, Samsung Galaxy S8-in fotolarını paylaşaraq onun haqqında bildikləri bütün məlumatları verib.
Onun sözlərinə görə iki model təqdim olunacaq. Onlardan biri
5.8 inç ekrana, digəri isə 6.2 inç ekrana sahib olacaq. Ekranların növləri isə
standart olaraq QHD keyfiyyətli Super AMOLED olacaq. Bu dəfə ekranlar,
uzunluqlarına görə böyüyüblər. Əyilmiş ekran və minimal çərçivələr hesabına
yeni flaqmanın ekranı, ön panelin 83%-ni əhatə edir. Dizaynda gözə çarpan ilk
ciddi dəyişiklik isə ənənəvi "Home” və kənarda olmuş iki sensor düymələrin, yeni modeldə olmamasıdır. Mühəndislər barmaq izi skanı üçün yeni yer axtarmalı olublar və
onu smartfonun arxa panelində yerləşdiriblər. Skan yeri arxa kameradan sağ tərəfdə
yerləşir. Bu qərar biraz qəribədir. Belə ki, bir çox smartfonlarda barmaq izi
skanı məhz kameranın altında olur. Görünür Galaxy S8, Snapdragon 835 prosessoruna sahib ilk smartfon olacaq. Lakin bu prosessora sahib model, bəzi
bazarlarda satılacaq. Cihazların böyük hissəsi isə Exynos prosessorları ilə
çalışacaqlar. Bundan əlavə smartfon, 4 GB RAM, 64 GB daxili yaddaş ilə təmin
olunacaq (microSD olduğu kimi qalacaq).
İlk baxışdan smartfonların batareyaları o qədər də böyük
deyillər. Belə ki, birinci versiya 3000 mAh, ikinci versiya isə 3500 mAh enerji
tutumlu batareya ilə təchiz olunacaq. Yeni flaqmanlarda şarj naqili, USB Type-Cgirişi vasitəsilə qoşulacaq. Maraqlısı ondadır ki, "Samsung”, "Apple”ın yolu ilə
getmədi və ənənəvi 3.5 mm-lik audiogirişi yerində saxladı. Galaxy S8-in arxa
kamerası dəyişməz qalaraq 12 MP olacaq. Lakin ön kamera 8 MP-lik olacaq. Həmçinin Note 7-də olduğu kimi Galaxy S8 də göz qişası skanına sahib olacaq. Maraqlı
yeniliklərdən biri isə smartfonun öz şəxsi səsli köməkçisinə sahib olacağıdır.
O, Bixby adlanacaq. Məlumatlara görə o, Siri və Google Assistant-dan daha
ağıllı olacaq. Onun işə salınması üçün smartfonun kənar hissəsinə ayrıca bir
düymə yerləşdiriləcək. Bütün bunlardan əlavə olaraq smartfonu hər-hansısa monitora qoşmaq
olacaq. Beləliklə bu rejimdə dəyişiləcək interfeys sayəsində klaviatura və
siçanla işləmək imkanı olacaq. Bu yeni funksiya Samsung DeX adlanacaq və xüsusi
qoşulma cihazı vasitəsilə çalışacaq. Bu il yeni smartfonlar 29 Mart tarixində
Nyu Yorkda təqdim olunacaqlar. Gözlənildiyi kimi Galaxy S8 modelləri, keçmiş
versiyalardan daha baha olacaqlar. Onlardan biri 799, digəri isə 899 avro qiymətinə
satılacaq. Satışların isə 21 Aprel tarixində başlayacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər