
Galaxy S8 Plus-ın texniki göstəriciləri sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Məşhur insayder Evan Blass, hələki təqdim olunmamış Galaxy S8 Plus smartfonunun texniki göstəricilərini təqdim edib.
Beləliklə Galaxy S8 Plus modeli 6.2 inç Super AMOLED Quad HD
ekran (qıraqları əyilmiş formada), 4 GB RAM, 64 GB daxili yaddaş (microSD özəllikli), Dual Pixel texnologiyalı 2 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz
olunacaq. Bundan əlavə olaraq Galaxy S8 Plus göz qişası skanı və naqilsiz şarj
texnologiyasına sahib olacaq. Tozdan və sudan qorunmaq üzrə smartfon, IP68
qoruyucu standartı ilə təmin olunacaq. Musiqi dinləməyi sevənlər üçün isə
maraqlı sürpriz odur ki, smartfonun komplektində "AKG” şirkətinin istehsalı
qulaqlıqlar olacaq. Məlumata əsasən yeni Galaxy S seriyası modellərinin təqdimatı
29 Mart tarixində baş tutacaq. Galaxy S8-in qiymətinin 799 avro, Galaxy S8
Plus-ın qiymətinin isə 899 avro təşkil edəcəyi güman olunur. Hər iki modelinin
satışlarının 21 Aprel tarixində start götürəcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər