Galaxy S9-dan daha yaxşı: OnePlus 6-nın təmir olunma mümkünlüyü yoxlanıldı
Elm & Texnologiya
24.05.2018
Farid Pardashunas
Məşhur iFixit saytının mütəxəssisləri
yenicə təqdim olunmuş OnePlus 6 smartfonunun hissələrə ayrılması üzrə hesabat
veriblər. iFixit mütəxəssisləri ənənəvi olaraq smartfonun daxilini incələmiş,
onun yığılmasını və təmir olunma mümkünlüyünü qiymətləndirmişlər. Bu barədə
Phonearena saytı xəbər verib. OnePlus 6 şirkətin ilk smartfonudur ki, şüşəli
arxa panelə sahibdir. Buna baxmayaraq onun korpusdan ayrılması digər model
smartfonlardan fərqli olaraq daha asandır.
Məsələ burasındadır ki, şirkət
barmaq izi skanı texnologiyasına qoşulmaq üçün uzun naqildən istifadə edib. Beləliklə
onun sayəsində arxa qapağın ayrılması zamanı onu zədələmək bir qədər qəlizdir.
Bununla yanaşı smartfonun batareyası da çox rahatlıqla çıxarılır. Ana plataya
çatmaq üçün 10 standart Phillips vintini çıxartmaq lazımdır. Buna görə də
ana platanın çıxarılması üçün xüsusi avadanlığa ehtiyac yoxdur.
Korpusun
daxilində detalların sudan qorunması üçün xüsusi qoruyucu aşkar edilib. Lakin
smartfonun suya salınması rəsmi olaraq qeyd olunmayıb. OnePlus 6-nın təmirindəki
ən qəliz mərhələ məhz ekranın dəyişilməsindədir. Belə ki, smartfonun ekranı
korpusa çoxlu miqdarda kley ilə bərkidilib. Buna görə də onun korpusdan
ayrılması zamanı onu zədələmək ehtimalı çox böyükdür. Beləliklə nəticədə
OnePlus 6 iFixit mütəxəssisləri tərəfindən təmir olunma mümkünlüyü üzrə 10
xaldan 5-nə layiq görülüb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək