main-post-cover

    Galaxy S9 haqqında ilk iddialar gəlməyə başladı

    Elm & Texnologiya
    31.10.2017
    Orxan Jafarli
    Samsung-un maraqla gözlənilən yeni flaqman modeli Galaxy S9 haqqındakı ilk iddialar gəlməyə başladı.
    Galaxy S8 ilə sonsuz ekran adını verdiyi çərçivəsiz dizayna keçid edən Samsung, Galaxy Note 8 ilə eyni dizaynı davam etdirmişdi. Ortaya çıxan son sızıntılar yeni flaqman modelinində eyni yoldan gedəcəyini göstərir.
    Qarşımıza çıxan modelə baxdığımızda üst tərəfdə kamera, və sensorlar üçün eyni şəkildə bir çərçivə iştirak edərkən alt tərəfdə hər hansı bir çərçivə qisimi görünmür. Samsung-un yeni modelində qulaqlıq girişi istifadə etməyəcək olması isə ən diqqət çəkən iddialardan biridir.
    Bunun xaricində Face ID-ə cavab verəcək olan Samsung yeni bir 3D üz tanıma xüsusiyyəti və ekran üzərindən barmaq izi skanı üzərində işlərinə davam edir. 16 MP iki arxa kamera və 12 MP iki ön kameranın iştirak edəcəyi deyilən modelin suya və toza qarşı dözümlü olacağı da iddialar arasında yer alır.
    5.8 inç böyüklüyündə bir ekran istifadə edilən modelin qalınlığı 8 mm olacaqkən Galaxy S9 + modelində isə 6.2 inç ekran və 8.1 mm qalınlıq olacaq. İrəliləyən günlərdə modellər haqqında yeni sızıntılar gəlməyə davam etdikcə sizlərlə paylaşmağa davam edəcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər