main-post-cover

    Galaxy S9 haqqında yayılmış yeni patent, smartfonun əsas özəlliklərindən birini ortaya çıxartdı

    Elm & Texnologiya
    24.10.2017
    Farid Pardashunas
    İnternetdə Galaxy S9 və S9+ modelləri ilə bağlı çox maraqlı patent məlumatı yayılıb.
    Belə ki, həmin patentə əsasən “Samsung”, “Apple” və Essential Phone yolu ilə gedərək yeni flaqman modellərinin ön panelində çıxıntı yeri ayıracaq. Maraqlısı isə ondadır ki, yeni Galaxy S modellərində bu çıxıntı smartfonun aşağı hissəsində yerləşək və barmaq izi skanı üçün nəzərdə tutulacaq. Galaxy S8, S8+Note 8 modellərində barmaq izi skanının yerləşdiyi yer barəsində uzun müddət mübahisə aparmaq olar. Bəzi istifadəçilər üçün bu çox rahat, digərləri üçün isə şikayətlənmə mənbəyidir.

    Lakin fakt ondan ibarətdir ki, bu texnologiyanın hal hazırki alternativi hələki “Apple” şirkətinin olan Face ID texnologiyasıdır. Hər halda yeni patent məlumatına əsasən yeni Galaxy S9 modellərinin ön panellərinin aşağı hissəsində barmaq izi skanı üçün çıxıntının olacağı qeyd olunur. Qeyd etmək lazımdır ki, bu cür patentin ortaya çıxması o demək deyil ki, şirkət yeni Galaxy S modellərində bu özəlliyi tətbiq edəcək. Sadəcə olaraq şirkət bu cür dizaynın bir variant kimi mümkün ola biləcəyini sərgiləyə də bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər