main-post-cover

    Galaxy S9 Plus-ın təmir olunma mümkünlüyü yoxlanılıb

    Elm & Texnologiya
    12.03.2018
    Farid Pardashunas
    iFixit saytının mütəxəssisləri Galaxy S9 Plus modelinin icmalını edərək smartfonun yığılma keyfiyyətini və onun təmir olunma mümkünlüyünü qiymətləndiriblər.

        Bunun üçün mütəxəssislər smartfonu tamamilə hissələrə ayırıblar ki, onun daxili quruluşunun necə olduğunu bilsinlər. Galaxy S9 Plus ön və arxadan şüşə ilə qorunduğu üçün ilk növbədə onu fen ilə qızdırıblar. Beləliklə kleyin təsiri zəiflədilib. Smartfonun daxilindəki bütün komponentlər xüsusi plastik material vasitəsilə güvənli şəkildə qorunur. Həmin plastik material isə 16 vint vasitəsilə bərkidilib.

        Nəticədə əgər smartfonun arxa şüşəsi qırılsa da daxili komponentlər zərər görməyəcəklər. Lakin belə halda smartfon avtomatik olaraq sudan qorunma özəlliyini itirir. Smartfonu hissələrə ayırarkən iFixit mütəxəssislərinin ən çox bəyəndikləri özəllik ondan ibarət olub ki, smartfonun daxilindəki komponentlər modul şəklindədirlər və onları bir-birindən asılı olmayaraq dəyişmək olar.

        Batareyanın dəyişilməsi texniki tərəfdən mümkün olsa da çox qəliz prosesdir. Mənfi cəhətlər sırasında mütəxəssislər ekranın arxa qapaqdan çətin şəkildə ayrılmasını və batareyanın dəyişilməsi üçün smartfonun tamamilə hissələrə ayrılmasının lazımlığını qeyd ediblər. Beləliklə Galaxy S9 Plus modeli təmir olunma mümkünlüyünə görə iFixit saytından 10 xaldan 4-nə layiq görülüb.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər