
Galaxy S9 Plus iPhone X-ə qarşı. Dözümlülük testi (VİDEO)
Elm & Texnologiya
12.03.2018
Galaxy S9 və S9 Plus modellərinin ilk icmal videoları ilə birlikdə yeni smartfonların dözümlülüklərinə aid ilk videolar da çıxmağa başlayıb.
Məsələn EverythingApplePro adlı
YouTube kanalının müəllifləri Galaxy S9 Plus ilə iPhone X modellərinin
dözümlülük testlərini keçirdərək bu iki smartfonu müqayisə ediblər. Hər iki
smartfon ön və arxa tərəfdən şüşə ilə örtülüb, onların ekran ətrafı çərçivələri
isə nazikdir. Galaxy S9-un çərçivəsi gücləndirilmiş alüminium ərintisindən,
iPhone X-in çərçivəsi isə paslanmayan poladdan hazırlanıb.
90 santimetr
hündürlükdən kənar tərəf üzərinə düşüş testi zamanı smartfonlar zədələnməyiblər.
Həmin hündürlükdən arxa panel üzərinə düşüş testindən də smartfonlar uğurla
keçiblər. Smartfonlar həmçinin həmin hündürlükdən ejkran üzərinə düşüş testini
də keçiblər. Lakin 150 santimetr hündürlükdən düşüş zamanı iPhone X zədələnməsə
də Galaxy S9 Plus-ın arxa paneli çatlayıb. İkinci düşüşdə isə iPhone X-in arxa
panelində çatlar yaranıb. Həmin hündürlükdən ekran üzərinə düşüş testində hər
iki smartfonun ekranı yararsız hala düşüb.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...