main-post-cover

    Galaxy S9-un qutusunun sızdırılmış fotosundan yeni məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    12.01.2018
    Farid Pardashunas
    Bir neçə müddət bundan öncə Samsung Mobile-ın prezidenti qeyd etmişdi ki, yeni flaqman modelləri Galaxy S9 və Galaxy S9+ MWC 2018 texnoloji konfransında anons olunacaqlar.
    Qeyd etmək lazımdır ki, konfrans 26 Fevral tarixindən start götürəcək. Daha öncədən sızdırılmış məlumatlara əsasən biz yeni flaqman modeli barəsində bəzi təsəvvürlərə sahibik. Lakin Galaxy S9-un qutusunun sızdırılmış fotosu sayəsində onun barəsində yeni məlumatlar ortaya çıxıb. Təbii ki, əgər sızıdırlmış foto fake deyilsə deməli bu məlumatlar öz təsdiqini tapır. Galaxy S9-un qutusunun sızdırılmış fotosunda yeni flaqman modelinin bir çox özəllikləri əks olunub.

    İlk öncə biz bilirik ki, smartfon böyük ehtimalla 5.8 inç ekrana, IP68 standartlı sudan və tozdan qorunma özəlliyinə, göz qişası skanına və naqilsiz şarj özəlliyinə sahib olacaq. Yeni məlumata əsasən isə Galaxy S9 f1.5/f2.4 diafraqmalı 12 MP-lik arxa kameraya sahib olacaq. Lakin niyə məlumatda məhz 2 ədəd diafraqma qeyd olunub. Görünür, Galaxy S9-un arxa kamerası diafraqma arasında keçid imkanına sahib olacaq. Bu cür özəllik şirkətin sonuncu dəfə anons olunmuş qapaqlı smartfonunda da var idi. Qutuda həmçinin Super Slow-mo funksiaysı da qeyd olunub. Çox güman ki, bu, “Sony”nin 960 FPS slow-mo çəkilişinə “Samsung” tərəfdən cavabdır. Qutunun aşağı hissəsində “AKG” stereo səsgücləndiriciləri vən həmin şirkətin qulaqcıqları qeyd olunub. Görünür, smartfon həqiqətən də maraqlı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər