drzeka zeka kartları

Galaxy S9 və S9 Plus modellərinin anons tarixi və texniki göstəriciləri təqdim olunub

23.11.2017 0 PAYLAŞIM 245 OXUNMA

Venturebeat saytı “Samsung” şirkətinin yeni flaqman modelləri olacaq Galaxy S9 və S9 Plus modellərinin anons tarixi və onların texniki göstəriciləri barəsində bəzi məlumatları bildirib.

Yeni məlumatlara əsasən xarici görünüşcə yeni modellər hal hazırda olan modellərdən o qədər də fərqlənməyəcəklər. Onların ekran ölçüləri isə hal hazırda satılan Galaxy S modellərinin ekran ölçüləri ilə eyni olacaq. Əsas fərqləndirici özəllik smartfonların texniki göstəriciləri olacaq. Məlumata əsasən Galaxy S9 4 GB RAM, S9 Plus isə 6 GB RAM ilə təchiz olunacaq. Daxili yaddaş 64 GB təşkil edəcək. Bundan əlavə olaraq S9 Plus modeli həmçinin ikili arxa kamera ilə təchiz olunacaq. Adi S9 isə bir kameraya sahib olacaq.

Beləliklə bu iki modeli fərqləndirmık mümkün olacaq. Smartfon yaradıcıları həmçinin istifadəçilərin mənfi rəylərini nəzərə alaraq barmaq izi skanını arxa paneldəki kameranın alt hissəsinə keçirdəcəklər. Yeni modellərdə həmdə səs keyfiyyətini də təkmilləşdirəcəklər. Belə ki, hər iki model “AKG” şirkətinin səsgücləndiricilərinə sahib olacaq. Beləliklə yeni məlumatlara inansaq, Galaxy S9 və S9 Plus modelləri gələn ilin Yanvar ayında keçiriləcək CES 2018 tədbirində anons olunacaqlar.



<