
Galaxy Tab S9 FE planşetlərinin fotoları və texniki göstəriciləri ortaya çıxıb
Elm & Texnologiya
26.09.2023
Emil Nəcəfov
Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy Tab S9 FE planşet seriyası üzərində çalışır. Sözügedən seriyaya adi Galaxy Tab S9 FE ilə yanaşı həmçinin Galaxy Tab S9 FE+ da daxil olmalıdır. İndi isə internetdə sözügedən planşetlərin keyfiyyətli render fotoları və texniki göstəriciləri ortaya çıxıb. Ortaya çıxmış fotolardan görmək olar ki, planşetlər xarici görünüşcə demək olar bir-birilərinə bənzəyəcəklər.

Galaxy Tab S9 FE+ modeli sadəcə ikili arxa kameraya sahib olacaq. Texniki göstəricilərə gəldikdə isə məlumatlarda qeyd edilib ki, adi Galaxy Tab S9 FE modeli 2304x1440 piksel keyfiyyətli 10.9 düym LCD ekranla, Galaxy Tab S9 FE+ modeli isə 2560x1600 piksel keyfiyyətli 12.4 düym LCD ekranla təchiz olunacaq. Galaxy Tab S9 FE+ modelinin ekranı həmçinin S Pen stilusunun dəstəyinə sahib olacaq. Hər iki planşet Exynos 1380 prosessoru vasitəsilə çalışacaq.

Adi Galaxy Tab S9 FE modeli özündə 6/8 RAM ilə 128/256 GB daxili yaddaş həcmini, Galaxy Tab S9 FE+ modeli isə özündə 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Məlumatda qeyd edilib ki, planşetlər 1 TB-a kimi microSD dəstəyinə, IP68 standartı üzrə sudan qorunan gövdəyə və 12 MP-lik ön kameraya sahib olacaqlar. Galaxy Tab S9 FE planşet seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.
Linki kopyala
Həftənin xəbərləri

