
Galaxy Tab S9 FE və Tab S9 FE+ planşetlərinin real fotoları təqdim edilib
Elm & Texnologiya
08.08.2023
Emil
İnsayderlər Samsung tərəfindən hazırlanan yeni Galaxy Tab S9 FE və Tab S9 FE+ planşetlərinin real fotolarını və bəzi texniki göstəricilərini təqdim ediblər. Qeyd etmək lazımdır ki, birinci fotoda Galaxy Tab S9 FE, ikinci fotoda isə Tab S9 FE+ əks olunub. İnsayderlərin sözlərinə əsasən adi Galaxy Tab S9 FE modeli 11 düym ekrana və 6 GB RAM-a, Galaxy Tab S9 FE+ modeli isə 12.4 düym ekrana və 8 GB RAM-a sahib olacaq. Hər ikin planşetin Exynos 1380 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Fotolardan da görmək olar ki, planşetlərin ekran ətrafı çərçivələrindən birində ön kamera yerləşəcək. Məlumata əsasən sözügedən yeni planşetlər bu ilin oktyabr ayında təqdim olunacaqlar.
Paylaş
Bənzər xəbərlər