main-post-cover

    Galaxy Watch Active smart saatının ilk press-render fotosu təqdim olundu

    Elm & Texnologiya
    04.02.2019
    Emil Nəcəfov
        91mobiles saytı Galaxy Watch Active (Galaxy Sport) smart saatının ilk rəsmi fotosunu təqdim edib. Məlumata əsasən yeni smart saat modeli klassik diayna, silikon materialdan hazırlanmış kəmərə və metal materialdan hazırlanmış gövdəyə sahib olacaq. Təqdim olunmuş fotodan da görmək olar ki, smart saat idarəetmə üçün nəzərdə tutulmuş iki ədəd düymə ilə təchiz olunub. Galaxy Watch Active modeli 4 rəngdə satışa çıxacaq: Black, Silver, GreenPink Gold. Smart saat AMOLED ekran, 4 GB RAM, Tizen OS əməliyyat sistemi və GPS, NFC, Wi-Fi modulları ilə təchiz olunacaq. Galaxy Watch Active smart saatı 20 fevral tarixində Galaxy S10 smartfon seriyası ilə birlikdə təqdim oluna bilər.

    Linki kopyala