Galaxy X və Galaxy S10 gələn ilin əvvəlində təqdim oluna bilərlər
Elm & Texnologiya
05.07.2018
Emil Nəcəfov
Samsung-un uğurlu şəkildə Galaxy S9
modelini satdığı və Galaxy Note 9-un təqdimatına hazırlaşdığı bir vaxtda
internetdə əyilə biləcək Galaxy X və yeni nəsil Galaxy S10 modelləri barəsində
məlumatlar ortaya çıxır. Ice Universe ləqəbli məşhur Çin mənbəsinin verdiyi məlumata
əsasən Samsung şirkəti Galaxy X modelini gələn ilin Yanvar ayında təqdim etməlidir.
Çox güman ki, sözügedən təqdimat Los Ancelesdə keçirilıəcək CES 2019 tədbirində
baş tutacaq. Güman olunur ki, şirkət 300-500 min ədəd Galaxy X modeli istehsal
edəcək. İlkin gözləntilərə əsasən Galaxy X modelinin qiyməti 1200$ təşkil edəcək.
Galaxy S10-a gəldikdə isə onu çox güman ki, ya gələn ilin Fevral ayında
Barselonada keçiriləcək MWC 2019 tədbirində yada Galaxy S9 və S9 Plus modelləri
ilə olduğu kimi ayrıca bir tədbirdə təqdim edəcəklər. Təəssüflər olsun ki,
sözügedən smartfon modellərinin texniki özəllikləri barəsində hələki heç bir məlumat
yoxdur. Lakin gözləntilərə əsasən bu smartfonlar böyük ölçülü AMOLED ekranlar
ilə təchiz olunacaqlar və istifadəçi üzünün 3D skan texnologiyasına sahib
olacaqlar. Bundan əlavə olaraq ehtimal var ki, Galaxy S10 həmdə ekrana
inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasını da özündə birləşdirəcək.
Linki kopyala
Həftənin xəbərləri
"Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək