main-post-cover

    Galaxy Z Fold 2 barəsində yeni məlumatlar verilib

    Elm & Texnologiya
    19.02.2020
    Farid Pardashunas
        XDA-Developers saytının baş redaktoru Max Weinbach, Galaxy Z Fold 2 smartfon modeli barəsində məlumatlar təqdim etməyə davam edir. Beləliklə onun verdiyi məlumatlara əsasən Samsung-un yeni qatlana bilən smartfon modeli 7.7 düym əsas Super AMOLED ekrana sahib olacaq. Ekranın üzərində isə ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşəcək. Bununla yanaşı Galaxy Z Fold 2 modeli xarici ekran əldə edəcək və həmn xarici ekran ön kamera üçün damcı formalı çıxıntı hissəyə sahib olacaq.
        Kameralara gəldikdə, smartfon 12 MP + 64 MP + 12 MP + 3D ToF dördlü arxa kamera ilə təchiz olunacaq. Yəni başqa sözlə desək, Galaxy Z Fold 2-nin kameraları Galaxy S20 Plus modelindəki kimi olacaqlar. Məumatda qeyd edilib ki, Galaxy Fold-un davamçısı yenilənmiş S Pen stilusunu özündə birləşdirəcək. Galaxy Z Fold 2 smartfonu bu ilin yay fəslində təqdim olunmalıdır. Gözləntilərə əsasən o, Galaxy Note 20 smartfon seriyası ilə birlikdə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər