
Gear S3 "ağıllı" saatının anons tarixi məlum oldu
Elm & Texnologiya
07.05.2017
Farid
"Samsung” şirkəti 31 Avqust 2016-cı il tarixində keçiriləcək xüsusi tədbirə olan dəvətnaməni internetdə yayıb. Tədbir 2-7 Sentyabr 2016-cı il tarixlərində keçiriləcək IFA 2016 sərgisindən öncə Berlində təşkil olunacaq.
Sözügedən tədbir Samsung Gear "ağıllı” saatları üçün nəzərdə
tutulub. Dəvətnamə "Talk About 3” (3 haqqında danışaq) şüarı ilə müşaiyət olunur.
Anlamaq çətin deyil ki, "Samsung” bu üsulla Gear S3 "ağıllı” saatlarının
anonsuna işarə edir. "Technote.az”ın "Samsung.com” saytına istinadən verdiyi xəbərə
əsasən yeni saatlar aktiv həyat tərzi və ekstremal idman növləri ilə məşqul
olanlar üçün nəzərdə tutulmuş funksiyalar ilə təchiz olunacaq. Həmin
funksiyalar arasında spidometr, barometr, altimetr və GPS olacaq.
Paylaş
Bənzər xəbərlər