Gecə qaranlığı Galaxy Note 8 sızdırıldı!
Elm & Texnologiya
01.08.2017
Orxan Jafarli
Galaxy Note 8 sızıntıları sürət kəsmədən davam edir! İndi də
Note 8 modelinin gecə qaranlığı rəngli modeli gün üzünə çıxdı. Galaxy S8-də
olduğu kimi ekran gövdə nisbəti ilə diqqət çəkir!
Galaxy Note 8 bildiyiniz kimi 23 avqust tarixində rəsmi
olaraq təqdim ediləcək. Təqdimat tarixi yaxınlaşdıqca, cihazla əlaqədar
sızıntılar da sürət kəsmədən davam edir. Bu səfər, cihazın gecə qaranlığı rəngli
modeli gün üzünə çıxdı!
Daha əvvəl bir çox sızıntılar ilə məşhurlaşan @Evleaks hesabı,
aşağıda gördüyünüz Galaxy Note 8 render vizualını təqdim etdi. Vizuallarda görə
biləcəyiniz üzrə, cihaz eyni Galaxy S8 ailəsində olduğu kimi müvəffəqiyyətli
ekran gövdə nisbətiylə diqqət çəkir.Əlavə olaraq Galaxy S8 ailəsinə nisbətən üst tərəfləri bir az
daha düz olan cihaz; skan face, Iris brauzer və avto fokus dəstəkli ön kamera
ilə gələcək. Daha əvvəl sızdırılan texniki xüsusiyyətləri təkrar xatırlayacaq
olsaq, Exynos 8895 və ya Snapdragon 835 prosessorundan istifadə edəcək olan telefon,
6 GB RAM və 128 GB daxili yaddaş sahəsi
variantlarına da sahib olacaq. Kamera tərəfində isə bu səfər iki 12 MP kamera
ilə gələcək Galaxy Note 8 modelində, OIS dəstəyi də olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)