Logo
    main-post-cover

    Gələcək AirPods modelləri beyin siqnallarını qəbul edə bilərlər

        Apple şirkəti yeni növ AirPods qulaqlığını patentləşdirib. Patentləşdirilmiş yeni növ AirPods istifadəçinin beyninin elektrik aktivliyini ölçə biləcək. Bu cür naqilsiz qulaqlığın sadəcə patent şəklində olmasına görə onun nəticə etibarilə həqiqətən də hazırlanıb-hazırlanmayacağı bilinmir. Məlumatda qeyd edilib ki, beyin siqnallarının qəbulu üçün bu cür qulaqlıqlar kiçik ölçülü elektrodlar ilə təchiz olunacaqlar.
        Elektrodlar hər bir qulaqlığın perimetri üzrə yerləşəcəklər. Patent sənədindəki fotoya əsasən qulaqlığın yan hissəsində sensorlu panel olacaq. İstifadəçi həmin panelə toxunaraq elektroensefaloqrafiya prosesini işə sala biləcək. Kiçik ölçülü elektrodların qulaqlığa yerləşdirilməsi elə də asan iş deyil. Bununla yanaşı bu cür qulaqlığın satışa çıxarılması üçün Apple müxtəlif ölkələrdə tənzimləyici orqanlardan icazə almalı olacaq.
    Paylaş
    Bənzər xəbərlər