
Gələcək Apple Watch modelləri Vision Pro-nun özəlliklərindən birini əldə edə bilərlər
Elm & Texnologiya
23.06.2023
Emil
Apple şirkəti Apple Watch smart saatları üçün nəzərdə tutulmuş maraqlı bir texnologiyanı patentləşdirib. Patent sənədlərindəki məlumatlardan belə qənaətə gəlmək olar ki, gələcək Apple Watch modelləri şirkətin Vision Pro qarışıq reallıq cihazının özəlliklərindən birini əldə edə bilərlər. Belə ki, patentləşdirilmiş texnologiya smart saatın ekranına toxunmadan onun interfeysindən jestlər vasitəsilə istifadə imkanını verməlidir. Başqa sözlə desək, istifadəçi Apple Watch-u smart saatın taxılı olduğu biləyinin vasitəsilə idarə edə biləcək. Öz yeni patentində Apple şirkəti istifadəçi ilə smart saat arasındakı sadələşdirilmiş qarşılıqlı əlaqəyə diqqət ayırıb.
Yeni texnologiya özündə ekran komponentlərinin və optik sensorların imkanlarını birləşdirir. Bütün bunlar jestlərdən ibarət sürətli, effektiv və anlaşılan naviqasiyanı təmin edirlər. Patent sənədlərində sərgilənmiş fotoda əks olunmuş əl təsvirlərində əllər smart saata sahibdirlər və barmaqlar ilə ovucun hansı vəziyyətdə olması smart saatda müxtəlif əməliyyatların işə salınması ilə müşayiət edilir. Hər bir jest bir dəfə və ya bir neçə dəfə təkrarlana bilər. Patent sənədlərində kontaktsız naviqasiya sisteminə sahib Apple Watch-un nə zaman təqdim olunacağı qeyd edilməyib.
Paylaş
Bənzər xəbərlər