Gələcək Apple Watch modellərini əlavə quraşdırılan modullar vasitəsilə təkmilləşdirmək olacaq
Elm & Texnologiya
14.02.2020
Emil Nəcəfov
Apple Watch smart saatları hər yeni versiyalar ilə tamamilə yeni funksiyalara sahib olurlar. Lakin istifadəçilər zavodlarda quraşdırılan texniki imkanlar ilə məhdudlaşdırılırlar.Yaxın gələcəkdə bu problem həll oluna bilər. Belə ki, şirkət yeni Apple Watch versiyasının patentini əldə edib. Həmin patentdəki təsvirlərə əsasən istifadəçi heç bir qurğudan istifadə etməyərək əlavə taxıla bilən modullar vasitəsilə öz Apple Watch modelini təkmilləşdirə bilər.
Bu barədə Appleinsider saytı xəbər verib. Apple şirkəti yeni versiya Apple Watch-un patentini ABŞ-ın ticarət nişanları və patentləri agentliyində qeydiyyatdan keçirdib. Həmin patent “Saatlar üçün modul sistemi” adını əldə edib. Patentdə əks edilmiş çertyojlara əsasən Apple Watch-a əlavə modulların yerləşdirilməsi prosesi smart saatın aşağı hissəsindən reallaşdırılacaq.
Əlavə modullar xüsusi boltlar vasitəsilə quraşdırılacaq. Bundan əlavə olaraq Apple şirkəti sudan və tozdan qorunma standartı üzrə cihazın dözümlülüyünün qorunub saxlanılmasını vacib məqam kimi qeyd edir. Əlavə modullar qismində sensorlar, batareyalar, əlavə köməkçi ötürücülər və s. ola bilərlər. Apple şirkətinin modul sisteminə sahib ilk cihazlarının nə zaman işıq üzü görəcəyi bilinmir.
Linki kopyala
Həftənin xəbərləri
"Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək