Gələcək dövrün, ağlınızı başınızdan alacağı 3 texnologiyası (VİDEO)
Elm & Texnologiya
03.09.2017
Farid Pardashunas
70-80 il bundan öncə insanoğlunun heç ağlına belə gələ bilməzdi
ki, artıq 21-ci əsrdə ağıllı telefonlar, internet, kosmik gəmilər və s. kimi
texnologiyalar insan tərəfindən yaradıla bilər. Reallıq ondan ibarətdir
ki, bu texnologiyalardan artıq istifadə olunur. Lakin elə texnologiyalar var
ki, biz onları yalnız fantastik filmlərdə görmüşük. Reallaşması qeyri mümkün
görünən həmin texnologiyaların, 300-400 ildən sonra real olma ehtimalı çox yüksəkdir.
Həmin maraqlı texnologiyaları sizlərə təqdim edirik.
Vizualizator:
Bir çox futuroloqların firkincə bu texnologiya, dünyanın
media sahəsini başdan-ayağa dəyişmək qabiliyyətinə malikdir. Neyrokompüter
interfeysi sayılan bu texnologiya, insan beynindəki canlandırılmış istənilən
görüntünü monitorda əks etdirməyə qadirdir. Məsələn, beyninizdə hansısa okeanı
canlandırırsınız və həmin görüntü monitorda əks olunur. Bu cür texnologiyanın
olacağı inanılmaz görünsə də, artıq buna bənzər texnologiyanın yaradılması üzrə
işlər gedir. Belə bir texnologiyanın yaranması, yaxın gələcəkdə görünməsə də, nə
vaxtsa ixtira olunub satışa çıxmasından sonra sözügedən texnologiya vasitəsilə
media məhsullarının istehsal üsulları tamamilə dəyişəcək. Məsələn, musiqiçilər
musiqi bəstələmək üçün çətin kopüter tətbiqlərindən azad olacaqlar. Beyində
musiqini canlandırmaq kifayət edəcək ki, həmin bəstələnmiş musiqi, monitorda əks
olunsun. Film şirkətləri, film istehsalına xərclənən vəsaitlərdən imtina edəcəklər.
Belə ki, istənilən insan öz evində bir neçə gün ərzində istənilən tərzdə film
yarada biləcək. Bu texnologiyanın köməyi ilə “The Lord of the Rings” səviyyəsində
bir film yaratmaq üçün 2-3 gün vaxt tələb olunacaq. Bundan əlavə olaraq
vizualizatordan, yuxuların yaddaşa yazılması üçün də istifadə etmək olardı.
Təsəvvür edin ki, səhər tezdən yuxudan oyanmısınız və gecə
yuxuda nə gördüyünüzü monitorda izləyirsiniz. Əgər bu texnologiya kütləvi şəkildə
istehsal olunsa və nəzərə alsaq ki, hər şeyin qiyməti gec-tez aşağı düşür, həmin
vaxt media sahəsində əsl inqilab baş verəcək. Bir çox insanlar, yaratdıqları
müxtəlif videoları, YouTube və digər videoservislərə yükləyə biləcəklər. Bütün
bunlara baxmayaraq bir problem ortaya çıxır. İnsan, beynində hansısa videonu
tam şəkildə deyil, sadəcə onun kiçik səhnələrini canlandıra bilir. Lakin
vizualizatorun müsbət cəhətlərindən biri də odur ki, istifadəçi, görüntünün
monitorda əks olunduğu zaman, çatışmayan detalları redaktə edərək, görüntüyə əlavə
edə biləcək. Təbii ki, bu xüsusiyyətlər üçün güclü kompüter və digər
avadanlıqlar lazım olacaq. Yaranan problemlərdən biri də odur ki, insan nə qədər
çalışsa da, hərəkət edən obyektlərin ideal animasiyasına nail ola bilməz. Bu
zaman bizim köməyimizə süni zəka gələcək. Süni zəka özü avtomatik olaraq sizə
lazım olan yüksək keyfiyyətli animasiyanı seçəcək. Qeyd edək ki, söhbət, məhz
200 ildən sonrakı dövrü əhatə edir. Həmin vaxtda həm güclü kompüterlər, həmdə
süni zəka olacaq.
Nano assembler:
Bir çoxlarının fərziyyələrinə görə bu texnologiyanın köməkliyi
ilə insanlar, resurs çatışmazlığı probleminin qarşısını alacaqlar. Alimlərin
firkrincə gələcəkdə bir əşyanı atomlara parçalayıb, həmin atomlardan digər bir
şya yaradan cihaz ixtira olunacaq. Onlar bu cihazı nano assembler adlandırırlar.
Təsəvvür edin ki, həmin cihaza bir daş parçası qoyub, onu atomlara
parçalayırsınız. Daha sonra cihaz, həmin parçalanmış atomlardan alma yaradır.
Bu necə mümkündür? Məsələ orasındadır ki, alma və daş parçası, digər
materiallardan atom səviyyəsində bir-birilərindən fərqlənmirlər. Onların hamısı
protonlardan, neytronlardan və elektronlardan ibarətdir. Əgər bütün bu hissəcikləri
birləşdirməyi bacaran cihaz yaradılsa, onda istənilən hər şey istehsal oluna
bilər. Bir çoxları deyə bilər ki, belə bir şey mümkün olmamaqla yanaşı, həmdə
fiziki qanunlara ziddir. Lakin bu yanlış fikirdir. Maddələri molekullara
ayırıb, onları yenidən birləşdirməyi bacaran bir mexanizm artıq mövcuddur. Söhbət,
ribasomadan gedir. Əgər təbiət, nano assemblerə bənzər bu cür mexanizmi yarada
bilibsə, deməli insan da gələcəkdə bu cür texnologiyanı yarada bilər. Ən
maraqlısı isə odur ki, həmin texnologiyanı elə proqramlaşdırmaq olar ki, o öz bənzərini
yaratsın. Bu isə nano assmeblerin istehsalatını tamamilə pulsuz edə bilər. Çox
güman ki, nano assemblerin ilk versiyası, ribasoma kimi yalnız molekullarla işləyəcək.
Daha sonra cihaz, ayrı-ayrı atomlardan molekul yığa biləcək.
Artıq inkişafın yüksək səviyyəsində isə cihaz, neytronlardan
və protonlardan atom yığa biləcək. Beləliklə sözügedən texnologiya, planetimizə
çox böyük xeyr verəcək. Məsələn, dünyada olan aclıq problemi tamamilə aradan
qalxacaq. Yeyinti məhsullarının becərildiyi böyük tarlalara ehtiyac qalmayacaq.
Onların yerinə həmin ərazilərdə yaşayış məntəqələri tikilə bilər. İnsanlar nəhayət
ət və kürk ehtiyaclarını ödəmək üçün heyvanları öldürməyəcəklər. Təbii
qazıntıların aparılması öz mənasını itirəcək. Fabriklər və zavodlar bağlanacaq.
Milyonlarla insanlar işsiz qalacaq. Lakin nano assemblerin hesabına onlar
aclığa düçar olmayacaqlar. Bu texnologiyanın yaradılması ilə pulun, həyatımızdakı
rolu kəskin şəkildə azalacaq. Belə ki, çox nadir məhsulları pul ilə internet
vasitəilə almaq mümkün olacaq. Məsələn, təsəvvür edin ki, ıPhone-nun yeni
modeli satışa çıxır. Yeni modeli, nano assemblerdə yaratmaq üçün siz, internet
vasitəsilə pulnan həmin model üçün nəzərdə tutulmuş xüsusi alqoritm
şifrəsini alırsınız. Daha sonra həmin alqoritm şifrəsini, cihaza
proqramlaşdıraraq yeni model iPhone əldə edirsiniz. Yəni, artıq mağazalara
gedib uzun növbələrdə gözləməyə ehtiyac qalmayacaq. Lakin pulun olmamağı,
insanların hər hansısa bir sahədə inkişaf etmələri stimuluna son qoyur. Məsələ
ondadır ki, əgər gəlir yoxdursa, insa nəyə görə çalışmağa davam etsin?
Nanorobotlar:
Növbəti texnologiya, insanların yaşam müddətlərini uzatmaqla
yanaşı, onların immunitetlərini istənilən xəstəliyə qarşı dözümlü etməyə
yardımçı olacaq. Söhbət, nanorobotlardan gedir. İnsan orqanizminə yeridilmiş
milyonlarla nanorobot, fasiləsiz şəkildə orqanizmdə yaranmış problemləri aradan
qaldıraraq insan həyatının sağlam olmasına nail ola bilər. Məsələn, istənilən
virusların məhv edilməsi, insan bədəninin regenerasiyasının sürətləndirilməsi və
s. Nanorobotlar, alimlər tərəfindən artıq yaradılır. Güman olunur ki,
nanorobotların ilkin versiyaları, növbəti onillikdə istifadəyə veriləcək. Təbii
ki, ilk versiyaların işi, yalnız dərman vasitələrinin, orqanizmin müəyyən hissələrinə
çatdırmaq olacaq. Lakin biz yüksək inkişaf etmiş nanorobotlardan danışırıq.
Hansılar ki, özlərində nano assemblerin xüsusiyyətini daşıyacaqlar. Bu cür
texnologiya çox güman ki, 100 ildən sonra və ya bəlkə də daha tez ixtira
olunacaq. Lakin bu ixtira reallaşandan sonra bzim həyatımız kəskin şəkildə
rahatlaşacaq. Tibbin indiki nailiyyətlərinə baxmayaraq, minlərlə insan müxtəlif
virusların nəticəsində öz həyatlarını itirir. Məsələn, əvvəllər adi xəstəlik
kimi qəbul olunmuş qrip, tez-tez inkişaf edir. Ona qarşı hər il yaradılan dərman
vasitələri isə xəstəliyin qarşısını ala bilmirlər. Təkcə qrip deyil, digər
bakteriyalar da dərman vasitələrinə qarşı dözümlü olmağa başlayırlar. Məhz bu
vaxtda nanorobotların bizlərə köməyi əvəzsiz olar. Ən güclü dərmana qarşı
dözümlü olan virus və bakteriyaların, nanorobotlara qarşı dözümlü olmaları
qeyri mümkündür. Ölümcül virusları məhv etməklə yanaşı, nanorobotlar, bədənin hər-hansı
səbəbdən itirilmiş müəyyən hissəsini bərpa etməyə qadir ola bilər.
Lakin bu texnologiyanın, insanlara bəxş edə biləcəyi ən müsbət
cəhət, ömürlük cavan qalmaq xüsusiyyəti ola bilər. Təsəvvür edin ki, sizin 200
yaşınız var, lakin siz, 20 yaşlı insan görünüşünə sahibsiniz. Bir də fərz edin
ki, nanorobotlar, DNT istehsalına malikdirlər. Bu zaman insan, radiasiyaya daha
dözümlü olacaq. Ankoloji və genetik xəstəliklər geridə qalacaq. Biri var orta
statistik insanın yaşama dövrü 70 ildir, biri də var 1000 il. Bu zaman kosmosun
müşahidə olunmasında böyük inqilab olacaq. Ən zəif və yaxud ən güclü
qravitasiya qüvvəsi, insan orqanizminə təsir göstərməyəcək. Beləliklə insanlar
digər qalaktikalara səyahət edə biləcəklər. Səyahət müddəti minlərlə il olsa
belə. Bütün bu müsbət cəhətlərdən əlavə, sözügedən texnologiyanın mənfi cəhəti
də var. Bu mənfi cəhət, bir nanorobotun özünə bənzər digər nanorobotları sonsuz sayda istehsal etməsidir. İstehsal materialı kimi isə istənilən maddələrin
atomları ola bilər. Təsəvvür edək ki, bir nanorobot, digərini 1000 saniyə ərzində
istehsal edir. Daha sonra iki nanorobot, digərini 1000 saniyə ərzində istehsal
edir. İstehsal prosesi belə davam etsə, artıq 10 saatdan sonra nanorobotların
sayı 68 milyarda çatacaq. 24 saat sonra isə onların kütlələri 1 tona yaxın
olacaq. Heç kim tərəfindən nəzarət edilməyən və özünü istehsal edən
nanorobotlar, planetin bütün maddələrini məhv edə bilər. İki gündən sonra
onların kütlələri, Yer kürəsinin kütləsindən böyük olacaq. Daha 4 saat sonra
onların kütlələri, Günəşdən və sistemimizdə olan bütün planetlərin kütlələrindən
böyük olacaq. Bunun qarşısını almaq üçün insanlar, qoruyucu sistem
yaratmalıdırlar ki, bu cür hadisə baş verən zaman, nanorobotları deaktiv etmək
mümkün olsun. Bütün bunlara baxmayaraq alimlər bu cür təhlükənin şişirdilmiş
olduğunu düşünürlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ