main-post-cover

    Gələcək dövrün insan bədəni müxtəlif implantlarla əhatə olunacaq

    Elm & Texnologiya
    21.09.2017
    Farid Pardashunas
    Stenford Universitetindən olan alimlər düşünürlər ki, gələcək dövrün insanı, onun imkanlarını üst səviyyəyə qaldıracaq müxtəlif ötürücülər və implantlar şəbəkəsindən ibarət olacaq.
    BodyNet adlandırdıqları həmin şəbəkə, daşına bilən cihazları, orqanizmə yeridilə bilən elektronikanı və əlavə insan hissiyatı orqanlarını özündə birləşdirəcək. Bu barədə The Next Web xəbər verir. Alimlər, insan dərisini, interfeysə çevirən platformadan danışırlar. Bədənin bir hissəsi, elastik elektronika ilə əhatə olunacaq, həyatın mühüm bir hissəsini artırılmış reallıq tutacaq, implantlar isə hətta insan beyninə yeridiləcək.
    Hal hazırda alimlər bu cür sistemin yaradılmasının önündəki maneələri müzakirə edirlər. Günümüzdə bunu etmək, texnoloji məhdudiyyətlər və ya texnologiyaların yetəri dərəcədə inkişaf etmələri səbəbi ilə deyil, cəmiyyətin reaksiyası baxımından qeyri-mümkündür. Bu barədə hələki heç bir qanun yoxdur. Sözügedən məsələ ilə bağlı isə insanlar qorxu və tabulara sahibdirlər.
    Daha çox qorxu, bu cür sistemlərin, konfidensiallıq və təhlükəsizlikləri ilə bağlıdır. Görünür bu cür özəlliklər, insan orqanizminə böyük təsir göstərəcəklər. Buna görə də onların hack olunması, acınacaqlı nəticələrə səbəb ola bilər. Maneələr çox olsa da, Stenford Universitetinin alimləri, gələcəyi məhz bunda görürlər. Texnologiyalar, insan bədəninin imkanlarını genişləndirməyə yardımçı olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər