Gələcək Google Tensor prosessorları 3 nanometrlik olacaqlar

Gələcək Google Tensor prosessorları 3 nanometrlik olacaqlar

Texnologiya
03.05.2023 PAYLAŞIM

    Son məlumat sızıntılarına əsasən Pixel 8 smartfon seriyasında istifadə ediləcək Tensor G3 prosessorunun performans göstəriciləri Tensor G2-nin performans göstəricilərindən daha yüksək olacaq. Bununla belə Tensor G3 Samsung-un 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Verilmiş yeni məlumata əsasən Tensor G4 prosessoru artıq TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Tensor G5 də TSMC tərəfindən istehsal ediləcək.

    Lakin Tensor G5 artıq 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Qeyd etmək lazımdır ki, bu il iPhone 15 Pro modellərində istifadə ediləcək Apple A17 Bionic prosessoru TSMC-nın 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Bu isə o deməkdir ki, Google bu mövzuda Apple-dan 2 il müddətinə geridə qalacaq. Lakin verilmiş məlumatın maraqlı tərəfi ondadır ki, insayderlərin fikirlərinə əsasən Tensor G3 prosessoru tamamilə Samsung tərəfindən hazırlanmış məhsul olacaq. Tensor G4 isə sıfırdan Google tərəfindən hazırlanacaq. Buna görə də Tensor G4-ün nə dərəcədə fərqlənəcəyi bilinmir. 




DAHA ÇOX


Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Visio..


Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Qualcomm şirkəti keçən həftə Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimat tədbirini anons etmiş..


Apple Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat ve..

Apple şirkəti öz qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edən zaman qeyd etmişdi k..


Samsung Galaxy Watch 6 smart saatı hansı gücdə şarj texnologiyasını dəstəkləyəcə..

Samsung şirkətinin iyul ayının sonunda keçirəcəyi Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən..


Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatı WWDC 2023 konfransını..

×